Modern.az

Qarabağlı deputat Strasburq görüşünə proqnoz verdi

Qarabağlı deputat Strasburq görüşünə proqnoz verdi

Parlament

20 Noyabr 2013, 15:25


“Ermənistan Qarabağ torpaqlarına olan iddialarından əl çəkməyincə, Azərbaycanın ərazi bütövlüyünü tanımayınca, hər iki tərəfi təmsil edən vətəndaş cəmiyyətləri təmsilçilərinin görüşü nəticə verməyəcək”. 
Modern.az xəbər verir ki, bu açıqlamanı Milli Məclisin qarabağlı deputatı, Dağlıq Qarabağın Azərbaycanlı İcmasının üzvü Flora Qasımova bildirib. Deputatın fikrincə, ATƏT Minsk Qrupunda həmsədr olduğu dövlətlər tərəfindən Ermənistana təzyiq olarsa, münaqişənin sülh yolu ilə nizamlanması mümkündür.
“İcmaların, eləcə də vətəndaş cəmiyyəti təmsilçilərinin görüşünə pis baxmıram, amma bu görüşdən öncə nəticəyə ümid olmalıdır”.   
Qeyd edək ki, Fransanın Azərbaycandakı səfiri Paskal Monye bu gün jurnalistlərə açıqlamasında deyib ki, Fransa münaqişə tərəfləri arasında vətəndaş cəmiyyəti səviyyəsində əlaqələri dəstəkləyir. O, noyabrın 28-29-da Strasburqda Azərbaycan və Ermənistan vətəndaş cəmiyyəti nümayəndələrinin görüşünün keçiriləcəyini söyləyib. 

  Modern.az  
Sizə yeni x var
Keçid et
Putin 110 minlik ordu yığdı: Bu şəhəri tutarsa...