Noyabrın 20-də Bakıda Belarus Respublikasının Azərbaycandakı səfirliyinin yeni binasının açılış mərasimi keçirilib. Azərbaycan prezidenti İlham Əliyev və Belarus prezidenti Aleksandr Lukaşenko mərasimdə iştirak ediblər.
Azərbaycanın və Belarusun dövlət himnləri səsləndirildikdən sonra Belarusun dövlət bayrağı qaldırılıb. Prezidentlər səfirlik binasının rəmzi açılışını bildirən lenti kəsiblər.
Prezidentlər səfirliyin binasında yaradılmış şəraitlə tanış olublar.Dörd mərtəbədən ibarət yeni binada həm səfirlik, həm də konsulluq idarəsi yerləşəcək. Ərazidə diplomatik korpusun nümayəndələri üçün beşmərtəbəli yaşayış binası da inşa edilib.
Dövlət başçıları səfirliyin həyətində ağac əkiblər.
Modern.az