Modern.az

Ekspert: “Azərbaycanda neft erası başa çatmaq üzrədir”

Ekspert: “Azərbaycanda neft erası başa çatmaq üzrədir”

Təhsil

20 Noyabr 2013, 21:12

“Azərbaycanda neft erası başa çatmaq üzrədir”. Modern.az-in xəbərinə görə, İctimai Təşəbbüslər Mərkəzinin rəhbəri Qubad İbadoğlu noyabrın 20-də neft gəlirlərinin idarə edilməsi ilə bağlı Bakıda keçirilən seminarda belə deyib.

Qubad İbadoğlu qeyd edib ki, neft gəlirlərinin xərclənməsində gələcək nəsilləri unutmaq olmaz: “2012-ci ilin rəqəmlərinə görə, 67 milyard 188 milyon neft gəlirinin 60 faizi xərclənib. Neft və qaz gəlirlərinin idarə olunması ilə bağlı strategiyada qeyd olunur ki, gəlirlər pik səviyyəsinə çatanda 25 faizi yığıma yönəldilir. Cari ildə Neft Fondunun büdcəsi kəsirlə proqnozlaşdırılır. Yəni 116 faizlik xərc nəzərdə tutulur. Bu isə sözügedən qaydanın pozulması deməkdir.

Azərbaycan cəmiyyətində belə bir illüziya var ki, azalan neft gəlirlərinin yerini qaz gəlirləri tutacaq. 2024-cü ilə kimi əsas qaz gəliri mənbəyi “Şahdəniz” yatağı olacaq. Bu müddətdə illik orta qaz gəliri 1.1 milyard dollar ola bilər və azalan neft gəlirlərini kompensasiya etməyəcək. 2007-ci ildən bura qaz gəlirləri cəmi 1.5 milyard dollar təşkil edib”.

Modern.az

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
ŞOK - Xameneinin iqamətgahı raketlə VURULDU