Modern.az

Dağlıq Qarabağdakı separatçı rejimdən BƏYANAT: “Danışıqlarda iştirakımızı təmin edin!”

Dağlıq Qarabağdakı separatçı rejimdən BƏYANAT: “Danışıqlarda iştirakımızı təmin edin!”

Təhsil

20 Noyabr 2013, 22:52

Dağlıq Qarabağdakı separatçı rejim sülh danışıqları prosesində iştirakının təmin olunmasını tələb edən bəyanat yayıb. Modern.az-ın xəbərinə görə, qondarma rejimin “xarici işlər nazirliyi” Azərbaycan və Ermənistan prezidentlərinin Vyanada keçirlən görüşü barədə açıqladığı bəyanatda bildirib:

“Biz hesab edirik ki, tənzimlənmə prosesində real inkişaf yalnız Dağlıq Qarabağın tam hüquqlu üzv olaraq danışıqlar prosesinə qatılması nəticəsində baş verə bilər. Dağlıq Qarabağ sülh danışıqlarının bütün mərhələlərində birbaşa olaraq tam hüquqla iştirak etməlidir”-deyə bəyanatda deyilir.

İki ölkə prezidentinin görüşünü “münaqişənin sülh yolu ilə həll edilməsində mühüm amil” hesab edən qondarma qurum bildirib ki, “bu görüş münaqişənin həlli üçün sülh yolundan başqa imkanın olmadığını göstərir”.

Xaqani SƏFƏROĞLU

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
ŞOK - Xameneinin iqamətgahı raketlə VURULDU