Modern.az

YAP-ın 21 illiyi qeyd olundu

YAP-ın 21 illiyi qeyd olundu

Təhsil

20 Noyabr 2013, 20:40

Noyabrın 20-də Horadiz şəhərində Yeni Azərbaycan Partiyasının yaranmasının 21 illiyi münasibətilə “YAP-21 il” adlı tədbir keçirilib.

YAP-ın Füzuli rayon təşkilatının inzibati binasında keçirilən tədbirdə partiyanın rayon təşkilatının sədri, təhsil şöbəsinin müdiri Almaz Həşimova, rayon İcra Hakimiyyəti başçısının birinci müavini Bağır Aslanov, ictimaiyyət nümayəndələri və fəallar iştirak ediblər.

YAP Füzuli rayon təşkilatının sədri Almaz Həşimova hesabat xarakterli məruzə edib:
”Ötən 21 il ərzində keçilən yola nəzər saldıqda, qazanılan uğurların fonunda bir daha ümumilli lider Heydər Əliyevin vaxtilə əminliklə söylədiyi “YAP dünənin, bu günün və gələcəyin partiyasıdır” fikrinin nə qədər doğru olduğu müşahidə edirik. 21 illik fəaliyyəti dövründə sıralarını kəmiyyət və keyfiyyət baxımından daha da möhkəmləndirən Yeni Azərbaycan Partiyasına xalqın dəstəyinin və məhəbbətinin əhəmiyyətli dərəcədə yüksək olduğunu inkaredilməz fakt kimi görürük. Bütün bunlar isə yaranma tarixindən bu günə qədər ötmüş müddətdə YAP-la xalqın birgə addımlaması əsasında baş verdiyi üzə çıxmış olur”. 

A.Həşimova bildirib ki, hazırda YAP Füzuli rayon təşkilatının 5582 üzvü var. Bunların 3386 nəfəri kişi, 2196 nəfəri qadındır. Ümumi üzvlərin 1417 nəfərini gənclər təşkil edir. YAP rayon təşkilatının 63 ərazi ilk partiya təşkilatı fəaliyyət göstərir ki, onlardan da 52-si rayonun ərazisində 11 isə respublikanın digər şəhər və rayonlarının ərazisindədir

Füzuli rayon İcra Hakimiyyəti başçısının birinci müavini Bağır Aslanov çıxış edərək Yeni Azərbaycan Partiyasının keçdiyi yoldan danışıb.  

O, bildirib ki, 1992-ci il noyabrın 21-də təsis konfransını 550 nümayəndənin iştirakı ilə keçirən YAP-ın sıraları çox keçmədən kəmiyyət və keyfiyyət baxımından daha da möhkəmlənib. Partiyanın şəhər və rayon təşkilatları təsis olunub.

“21 illik tarixdə şərəfli yol keçən YAP biri-birindən əhəmiyyətli uğurlara imza atmaqla cəmiyyətdə nüfuzunu, siyasi çəkisini daha da artırır. Bu gün partiyanın sıralarında 600 mindən çox üzvün birləşməsi Heydər Əliyev ideyalarına sədaqətin, həyata keçirilən siyasətin gələcəyinə inamın təsdiqidir”.

Tədbirdə çıxış edənlər Yeni Azərbaycan Partiyasının keçdiyi inkişaf yolundan danışaraq bir daha vurğulayıblar ki, ölkənin və regionun ən böyük və mütəşəkkil siyasi təşkilatı olan YAP qələbələr partiyasıdır və xalqımız partiyanın sədri, Prezident İlham Əliyevin apardığı siyasi kursu birmənalı şəkildə dəstəkləyir.

Modern.az

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
ŞOK - Xameneinin iqamətgahı raketlə VURULDU