Modern.az

Ermənistandakı rus əsgərlərin sayı 2 dəfə artdı

Ermənistandakı rus əsgərlərin sayı 2 dəfə artdı

Təhsil

21 Noyabr 2013, 01:00

Gümrünün 8 məhəlləsində keçmişSovet hərbiçilərinin mənzillərində yaşayan ermənilər hərbi şəhərciklərdən köçürülüb

Ermənistanda yerləşən Rusiya hərbi bazasında payız çağırışçısı olan yeni əsgərlərin yerləşdirilməsi üzrə kütləvi tədbirlər həyata keçirilir. "Turan" İnformasiya Agentliyinin Rusiya Cənub Hərbi Dairəsinin mətbuat xidmətinə istinadən məlumatına görə, Rusiyadan 3 minə yaxın gənc əsgər Ermənistana gəlib.

Yüksək dağlıq ərazilərə uyğunlaşmanın artırılması və mövsüm xəstəliklərinin profilaktikası məqsədilə hərbi həkimlər şəxsi heyəti dərindən müayinə edəcək. Əsgərlərin mövsüm xəstəliklərinə yoluxmasının qarşısını almaq üçün İrəvan və Gümrü qarnizonlarında peyvəndlər vurulur.

Qeyd edək ki, indiyədək 102-ci bazadakı hərbiçilərin ümumi sayı 3-5 min arasında dəyişirdi. Bir neçə ay əvvəl baza rəhbərliyi şəxsi heyətin artırıldığını bildirib və bu məqsədlə hərbiçilərin mənzillərində yaşayan ermənilər hərbi şəhərciklərdən köçürülüb. Beləliklə, şəxsi heyətin sayı artıq əvvəlki rəqəmlərdən çoxdur.

Son aylar Rusiya hərbi-siyasi rəhbərliyi yeni silah növlərinin göndərilməsi də daxil olmaqla, 102-ci bazanın gücləndirilməsi məqsədilə bir sıra başqa addımlar da atıb.

Bu prosesin məntiqi davamı 102-ci bazanın komandiri polkovnik Ruzinskinin Azərbaycan Dağlıq Qarabağ üzərində suverenliyini bərpa etməyə çalışarsa, bazanın Ermənistan tərəfdə iştirak edəcəyi haqqında qalmaqallı bəyanatı oldu.

Modern.az

Whatsapp
Bizə yazın!
Keçid et
ŞOK - Xameneinin iqamətgahı raketlə VURULDU