Modern.az

Sünnət olunandan sonra komaya düşən uşağın vəziyyəti getdikcə pisləşir

Sünnət olunandan sonra komaya düşən uşağın vəziyyəti getdikcə pisləşir

Təhsil

21 Noyabr 2013, 01:15

 “Biz əlimizdən gələn bütün tədbirləri etsək də, xeyri yoxdur, müsbətə doğru irəliləyiş qeydə alınmır”

Sünnət nəticəsində vəziyyəti getdikcə ağırlaşıran Ağdamın Quzanlı kənd sakini 4 yaşlı Fərid Soltanov artıq 10 gündür Bakı şəhəri Nəriman Nərimanov adına 1 saylı Uşaq Yoluxucu Xəstəliklər Xəstəxanasında koma vəziyyətində yatır. Adı çəkilən tibb ocağının Hava Damcı İnfeksiyasının şöbə müdiri Elmira Həsənova ANS-ə deyib ki, uşaq xəstəxanaya ölümcül vəziyyətdə gətirilib: “Biz əlimizdən gələn bütün tədbirləri etsək də, xeyri yoxdur. Müsbətə doğru irəliləyiş qeydə alınmır”.

Həkim Fərid Soltanovun tetanus xəstəliyi ilə xəstəxanaya gətirildiyini bildirir: “Belə ki, sünnət olunan nahiəyə infeksiya düşdüyündən Fərid tetanus, yəni torpaqla çirklənmə xəstəliyinə tutulub. Bu xəstəlikdə sonradan digər fəsadlar yaradır”

Uşağin atası isə Fəridin xəstəliyinə torpaqla çirklənməni deyil, uşağı sünnət və müalicə edən həkimlərin səhlənkarlığı ilə əlaqələndirir.

5 yaşlı Fərid Soltanov Ağdamın Quzanlı kəndində həkim Kamil Həsənov tərəfindən ötən ayın axırları sünnət olunub. Balaca Fərid özündən böyük qardaşı ilə birlikdə sünnət olunsa da, sonradan onun vəziyyəti pisləşib. Əlacsız qalan valideynlər onu öncə Bərdə rayon mərkəzi uşaq xəstəxanasına aparıblar. Orda həkimlərin kömək edə bilmədiyini görəndə isə uşağı paytaxtdakı xəstəxanaya gətiriblər.

Səhiyyə Nazirliyi uşağın komaya düşməsi ilə bağlı araşdırmalarını davam etdirir.

Modern.az

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
ŞOK - Xameneinin iqamətgahı raketlə VURULDU