Modern.az

Əkin üçün noxuda yeni gömrük güzəşti tətbiq edilir

Əkin üçün noxuda yeni gömrük güzəşti tətbiq edilir

Aktual

4 İyul 2024, 13:22

Azərbaycana idxal olunan əkin üçün noxud oktyabr, noyabr, dekabr və yanvar aylarında da gömrük rüsumundan azad olunub.

 

Modern.az-ın xəbərinə görə, Nazirlər Kabineti bununla bağlı “Azərbaycan Respublikasının xarici iqtisadi fəaliyyətin mal nomenklaturası, idxal gömrük rüsumlarının dərəcələri və ixrac gömrük rüsumlarının dərəcələri”ndə dəyişiklik edib.

 

Bu qərar dərc edildiyi tarixdən 30 gün sonra qüvvəyə minir.

 

Qeyd edək ki, bundan əvvəl əkin üçün noxud fevral, mart, aprel və may ayları üzrə idxal gömrük rüsumundan azad idi.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
XƏBƏRDARLIQ: Hər an dəhşətli proses başlaya bilər