Modern.az

Ərdoğan Bərzanini təkzib etdi

Ərdoğan Bərzanini təkzib etdi

Təhsil

21 Noyabr 2013, 10:22


Türkiyənin baş naziri Rəcəb Tayyip Ərdoğan Şimali İraqın Kürd Muxtariyyətinin lideri Məsud Bərzani ilə görüşünün bəzi məqamlarını yenidən şərh edib. Modern.az xəbər verir ki, Türkiyənin ATV və “A Xəbər” televizaylarının ortaq canlı yayımına qonaq olan Ərdoğan Bərzaninin PKK lideri, hazırda həbsdə olan Abdulla Öcalana əfv veriləcəyi barədə dediklərinə münasibət bildirib.

Onun sözlərinə görə İraq kürdlərinin liderinin bu fikri düzgün deyil. R.T.Ərdoğan M.Bərzaninin Abdulla Öcalanı azadlığa buraxılacağı barədə dediklərini tənqid edib.

“Bərzaninin  Öcalana əfv veriləcəyi barədə söylədikləri tamamilə yanlışdır. Bu,  onun və mənim səlahiyyətimdə olan məsələ deyil. Abdulla Öcalanın həbsi və dustaqlığının davam etdirilməsi ilə bağlı məhkəmənin hökmü var”-deyə baş nazir qeyd edib.

  Xatırladaq ki, bir neçə gün öncə Diyarbakırda Türkiyənin baş naziri R.T.Ərdoğanla M.Bərzani arasında görüş keçirilib. M.Bərzani Türkiyə ziyarətindən sonra verdiyi  açıqlamada bildirib ki, PKK lideri Abdulla Öcalana əfv verilə bilər.  

Aqşin Kərimov
 
Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
ŞOK - Xameneinin iqamətgahı raketlə VURULDU