Modern.az

Ərdoğan İTAR-TASS-a Dostoyevskidən və neçə saat yatmasından DANIŞDI

Ərdoğan İTAR-TASS-a Dostoyevskidən və neçə saat yatmasından DANIŞDI

21 Noyabr 2013, 12:10


Türkiyənin baş naziri Rəcəb Tayyip Ərdoğan Rusiya ilə əlaqələrin perspektivindən söz açıb. Modern.az xəbər verir ki, Moskvaya səfərdən öncə Rusiyanın “İTAR-TASS” agentliyinə müsahibə verən R. T. Ərdoğan iki ölkə arasındakı münasibətlərdən söz açıb. O bildirib ki, Türkiyə ilə Rusiya arasındakı ticarət dövriyyəsinin məbləğinin gələcəkdə 100 milyard dollara çatdırılacağı gözlənilir. Türkiyənin hökumət rəhbəri ölkəsinin Avropa Birliyi ilə münasibətlərinin  gərginləşməsindən, Suriya məsələsindən də söz açıb.
“Avropa Birliyi bizi yanıltmağa davam edir. Mən artıq Avropa Birliyini bizi təəssüfləndirməyə yol verməmələrini, yekun nəticə əldə etməyimizi istəyirəm. Suriya məsələsinə gəlincə, biz bu haqda Rusiya ilə müzakirələr aparmışıq. Ancaq ortaq məxrəcə gələ bilməmişik”-deyə baş nazir qeyd edib.

Türk nazir iki ölkə arasında siyasi, mədəni əlaqələrdən danışarkən söyləyib ki, gənclik illərində məşhur rus yazıçısı Dostoyevskinin əsərlərini maraqla mütaliə edib. “Türkiyədə indi də gənclərin çoxu Dostoyevskinin əsərlərini oxuyur”.

Baş nazir daim çəkisinə nəzarət etdiyini və cəmi 6 saat yatdığını bildirib.

Qeyd edək ki, bu gün Türkiyənin baş naziri R.T.Ərdoğanın Rusiyaya səfəri başlayır.

Aqşin Kərimov

Telegram
Hadisələri anında izləyin!
Keçid et
ŞOK - Xameneinin iqamətgahı raketlə VURULDU