Hesablama Palatasının boş qalan sədri postuna maliyyə nazirinin birinci müavini vəzifəsində çalışan İlqar Fətizadənin təyin ediləcəyi məsələsi gündəm mövzusudur. Modern.az-ın özəl məlumatına görə, İ. Fətizadənin təyinatı Milli Məclisin ya sabah keçiriləcək, ya da növbəti iclasında həyata keçəcək.
Milli Məclisin mətbuat katibi Akif Təvəkküloğlu isə Modern.az-a bildirib ki, hələ ki, parlamentin sabahkı iclasının gündəliyində Hesablama Palatasına sədr seçilməsi məsələsi daxil edilməyib. “Gündəlikdə belə bir məsələ yoxdur”.
Bununla belə, Milli Məclisin sabahkı iclasının gündəliyində dəyişiklik olunacağı gözləniləndir.
Gültəkin ƏLƏSGƏR