Modern.az

Türk Dünyasının gənc iş adamları İstanbula toplaşır

Türk Dünyasının gənc iş adamları İstanbula toplaşır

21 Noyabr 2013, 13:00

Gənclər və İdman Nazirliyi, Prezidenti yanında Gənclər Fondunun dəstəyi ilə İstanbul şəhərində, Dünya Türk Gəncləri Birliyinin layihəsi olan “I Türk Dünyası Gənc İşadamları Toplantısı” keçirəcək. Modern.az-ın məlumatına görə, 25-30 noyabr tarixində baş tutacaq toplantının məqsədi Türk Dünyası regionunun gənc işadamlarının arasında əməkdaşlığın və koordinasiyanın yaradılmasına, beynəlxalq ticarət sahəsindəki sinerjinin ölkəmizə transfer olunmasına kömək etməkdir.

Türk Dünyasının Gənc İşadamları Toplantısının əsas hədəf qrupu Avrasiya regionunda yaşayan, beynəlxalq ticarət və biznes ilə məşğul olan, 22-28 yaş arasındakı gənc işadamları, şirkət rəhbərləri, ticari qurumların məsul işçiləri, iqtisadiyyatla əlaqədar dövlət qurumlarının əməkdaşları və təmsilçiləridir. Həmçinin 5 günlük Toplantının Proqramına, Heyət başçılarının görüşü, Türk Dünyasında İqtisadi münasibətlərin inkişaf prespektivləri müzakirəsi və türk xalqlarının etnik-mədəni axşamları daxildir. Tədbirdə Azərbaycanın və Türk dünyasının rəsmi simaları da iştirak edəcək.  

 

Modern.az

 
Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
ŞOK - Xameneinin iqamətgahı raketlə VURULDU