Modern.az

Ermənistan-ABŞ birgə hərbi təlimləri keçiriləcək

Ermənistan-ABŞ birgə hərbi təlimləri keçiriləcək

Aktual

6 İyul 2024, 11:23

İyulun 15-dən 24-dək Ermənistanda erməni-amerikan burgə hərbi təlimləri keçiriləcək.

Modern.az xəbər verir ki, bu barədə Ermənistan Müdafiə Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

Təlimlərdə Ermənistan Silahlı Qüvvələrinin sülhməramlı briqadasının, ABŞ-ın Avropa və Afrikadakı ordusunun və Kanzas Milli Qvardiyasının hərbçiləri iştirak edəcək. Təlimlər sülhməramlı tapşırıqları yerinə yetirərkən münaqişə tərəfləri arasında münasibətlərin sabitləşdirilməsi üzrə əməliyyatları əhatə edir.

Təlimin məqsədi sülhməramlı əməliyyatlar çərçivəsində beynəlxalq sülhməramlı missiyalarda iştirak edən bölmələrin koordinasiya səviyyəsinin yüksəldilməsi, idarəetmə və taktiki rabitə sahəsində qabaqcıl təcrübənin mübadiləsi, o cümlədən erməni bölməsinin döyüş hazırlığının artırılmasıdır.

“Sülhməramlı missiyalara hazırlıq çərçivəsində beynəlxalq sülhməramlı əməliyyatlara hazırlaşan bölmələr mütəmadi olaraq tərəfdaş ölkələrdə keçirilən oxşar birgə hərbi təlimlərdə və təlimlərdə iştirak edirlər”, - məlumatda deyilib.
 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
XƏBƏRDARLIQ: Hər an dəhşətli proses başlaya bilər