Modern.az

Bugünkü MİQ imtahanlarına 7218 namizəd çağırılıb

Bugünkü MİQ imtahanlarına 7218 namizəd çağırılıb

Təhsil

6 İyul 2024, 15:16

Xəbər verdiyimiz kimi, iyulun 6-da müəllimlərin işə qəbulu (MİQ) üzrə müsabiqənin test imtahanı mərhələsi davam edir.


Modern.az xəbər verir ki, Təhsil İnstitutu nəzdindəki İnsan Resursları Mərkəzinin məlumatına görə, iyulun 6-da təşkil olunan MİQ imtahanlarına rus dili, rus dili və ədəbiyyatı, biologiya və fiziki tərbiyə fənləri üzrə 7218 namizəd dəvət olunub. Ümumilikdə 84 faiz davamiyyət qeydə alınıb.
 

MİQ imtahanları iyulun 8-də davam etdiriləcək.

Xatırladaq ki, MİQ üzrə müsabiqənin test imtahanı mərhələsinə iyulun 2-dən başlanılıb və iyulun 10-da yekunlaşacaq.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi