Modern.az

72 yaşlı kişinin qətli ilə bağlı cinayət işi açıldı

72 yaşlı kişinin qətli ilə bağlı cinayət işi açıldı

Aktual

6 İyul 2024, 22:19

İyulun 6-da saat 18 radələrində Saatlı rayonu ərazisində 1952-ci il təvəllüdlü Ramiz Ağayevin öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

 

Saatlı rayon Prokurorluğundan Modern.az-a verilən məlumata görə, araşdırma zamanı 2000-ci il təvəllüdlü Rabil Ağayevin rayonun Dədə Qorqud kəndi ərazisində aralarında yaranmış mübahisə zamanı şüşə parçası ilə xəsarət yetirərək atası Ramiz Ağayevi qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

 

Faktla bağlı Saatlı rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanaraq istintaq aparılır. R.Ağayev iş üzrə şübhəli şəxs qismində tutulub.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
XƏBƏRDARLIQ: Hər an dəhşətli proses başlaya bilər