Modern.az

Türkiyə məğlub oldu, Niderland yadımfinalda... - YENİLƏNİB

Türkiyə məğlub oldu, Niderland yadımfinalda... - YENİLƏNİB

İdman

7 İyul 2024, 00:57

Futbol üzrə Avropa çempionatının 1/4 final mərhələsində Niderland və Türkiyə milli komandaları qarşılaşıb.

 

Modern.az xəbər verir ki, Niderland 2:1 hesabı ilə Türkiyəni məğlub edib.

 

Bununla da Niderland millisi Avropa çempionatının yarımfinalına yüksəlib.

 

***

00:35

Almaniyada təşkil olunan Avropa çempionatının 1/4 finalında Niderland - Türkiyə matçında Niderland yığması hesabda önə çıxıb.

 

Modern.az xəbər verir ki, Niderland millisinin üzvü Stefan De Vray 70-ci dəqiqədə bərabərlik qolunu vurub. Daha sonra Kodi Qakpo 76-cı dəqiqədə komandasını önə çıxarıb.

 

Türkiyə yığmasından 35-ci dəqiqədə Samet Akaydın rəqib qapısına yol tapıb.

 

Berlin şəhərindəki Olimpiya stadionunda keçirilən oyunu fransalı baş hakim Klement Turpin idarə edir.

 

**

00:03

Almaniyada keçirilən Avropa çempionatının 1/4 final mərhələsində üz-üzə gələn Niderland və Türkiyə yığmaları arasındakı oyunda ikinci hissə başlayıb.

 

Modern.az xəbər verir ki, oyunun birinci hissəsindən sonra Türkiyə seçməsi 1:0 hesabı ilə qalib gəlir.

 

***

23:48

 

Almaniyada keçirilən Avropa çempionatının 1/4 final mərhələsində üz-üzə gələn Niderland və Türkiyə yığmaları arasındakı oyunda birinci hissə başa çatıb.

 

Modern.az xəbər verir ki, fasiləyə Türkiyə seçməsi 1:0 hesablı üstünlüklə yollanıb.

 

***

23:36

Almaniyada keçirilən Avropa çempionatının 1/4 final mərhələsində üz-üzə gələn Niderland və Türkiyə yığmaları arasındakı oyunda hesab açılıb.

 

Modern.az xəbər verir ki, qarşılaşmanın 35-ci dəqiqəsində Samət Akaydın Türkiyə seçməsini önə keçirib.

***

23:02

 

 

Almaniyada keçirilən Avropa çempionatının 1/4 final mərhələsində üz-üzə gələn Niderland və Türkiyə yığmaları arasındakı oyun başlayıb.

 

Modern.az xəbər verir ki, qarşılaşma Bakı vaxtı ilə saat 23:00-da start götürüb.

 

Görüşü fransalı referi Kleman Türpen idarə edir.

 

***

22:41

 

Almaniyada təşkil olunan futbol üzrə Avropa çempionatının 1/4 final mərhələsində üz-üzə gələcək Niderland və Türkiyə yığmalarının start heyətləri açıqlanıb.

 

Modern.az xəbər verir ki, milli komandalar meydana aşağıdakı “11-lik”lərlə çıxacaqlar:

 

Niderland: Bart Verbrüggen, Danyel Dümfris, Vircil Van Deyk, Natan Ake, Stefan De Vriy, Ticani Reynders, Yerdi Şouten, Xavi Simons, Stiven Bergveyn, Kodi Qakpo, Memfis Depay

 

Türkiyə: Mərt Günok, Mərt Müldür, Samet Akaydin, Abdülkərim Bardakcı, Fərdi Kadıoğlu, Salih Özcan, Kaan Ayhan, Hakan Çalhanoğlu, Kənan Yıldız, Barış Alpər Yılmaz, Arda Gülər.

 

Qeyd edək ki, qarşılaşma Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Deputatlar Rusiyaya getməyəcək - Zelenskinin bunkeri vuruldu