Modern.az

DİN bulvardakı insidentlə bağlı məlumat yaydı 

DİN bulvardakı insidentlə bağlı məlumat yaydı 

Aktual

6 İyul 2024, 23:13

Paytaxtın Səbail rayonu Dənizkənarı Milli Park ərazisində kişi və qadın arasında şəxsi münasibətlər zəminində yaranan mübahisəni özündə əks etdirən görüntülər polis əməkdaşları tərəfindən araşdırılıb.

 

Modern.az xəbər verir ki, bu barədə DİN Mətbuat Xidmətinin əməkdaşı Elbrus İbrahimov məlumat verib.

 

Hadisənin iştirakçısı olan 1989-cu il təvəllüdlü Coşqun Sadiqov və onun mübahisə etdiyi qadın müəyyən olunaraq Polis Bölməsinə gətiriliblər.

 

Görüntülərdəki qadın izahatında C.Sadiqovdan şikayət etmədiyini və ona qarşı heç bir tələbinin olmadığını bildirib.

 

C.Sadiqov əməlində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddələrinin tərkib hissəsi olduğundan barəsində protokol tərtib olunaraq aidiyyəti üzrə göndərilib. 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
XƏBƏRDARLIQ: Hər an dəhşətli proses başlaya bilər