Modern.az

Tbilisidə güclü külək və yağış - Şəhərə ziyan dəyib

Tbilisidə güclü külək və yağış - Şəhərə ziyan dəyib

Dünya

7 İyul 2024, 15:28

Gürcüstanın paytaxtı Tbilisidə ötən gecədən başlayaraq əsən güclü külək və yağış ağacları aşırıb, şəhər infrastrukturuna ziyan vurub.

 

Modern.az Tbilisi meriyasının məlumatına istinadən xəbər verir ki,qeyri-sabit hava şəraiti xüsusilə Samqori, Krtsanis və Saburtalin rayonlarına ziyan vurub.

 

Məlumata görə, fəsadların aradan qaldırılması istiqamətində Daxili İşlər Nazirliyinin Fövqəladə Hallar Xidmətinin yerli əməkdaşları tərəfindən işlər aparılıb.

 

Şəhər rəhbərliyi dəyən ziyanı hesablayır.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Görüşü yarıda qoyub Putinə zəng etdi - Kritik detal