Modern.az

Fransa seçkiləri: Solçular birinci, Makron ikinci yerdədir 

Fransa seçkiləri: Solçular birinci, Makron ikinci yerdədir 

Dünya

7 İyul 2024, 22:23

Bu gün Fransa parlamentinin aşağı palatasına seçkilər keçirilib.

 

Modern.az-ın məlumatına görə, günün sonuna qədər seçici fəallığı 67,1% təşkil edib. 

 

Sonuncu seçki məntəqələri yerli vaxtla saat 20:00-da bağlanıb. Seçici fəallığı birinci turun göstəricisini üstələyib, bu, 1997-ci ildən bu yana rekord göstəricidir. Qeyd edək ki, iyunun 30-da keçirilən birinci turda seçicilərin 66,71 faizi seçki məntəqələrinə gedib.

 

BFMTV bildirib ki, parlament seçkilərində siyasi blokların heç biri mütləq səs çoxluğu əldə edə bilməyib. İlkin nəticələrə əsasən, solçu Yeni Xalq Cəbhəsi seçkilərdə liderlik edir.

 

Fransa prezidenti Emmanuel Makronun koalisiyası ikinci, Marin Le Penin partiyası isə üçüncü yerdədir. 

 

Yekun nəticələr iyulun 8-i səhər elan olunacaq.

 

Kanal qeyd edib ki, Makron ölkədə parlament seçkiləri başa çatdıqdan sonra xalqa müraciət edə bilər. 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Görüşü yarıda qoyub Putinə zəng etdi - Kritik detal