Modern.az

Yeni hökumət 40 min məhbusu azad edəcək

Yeni hökumət 40 min məhbusu azad edəcək

Dünya

8 İyul 2024, 09:28

Böyük Britaniyanın yeni Baş naziri Kir Starmer həbsxanaların həddindən artıq çox məhbusla dolması səbəbi ilə 40 min məhbusu azad etməyi planlaşdırır.

 

Modern.az bildirir ki, yerli mətbuat bu barədə Britaniya Ədliyyə Nazirliyindəki mənbəyə istinadən xəbər yayıb.

 

Qərarın dörd ildən az müddətə azadlıqdan məhrum edilmiş cinayətkarlara şamil olunması planlaşdırılır.

 

Qeyd edək ki, Böyük Britaniyanın Leyboristlər Partiyası son 14 ildə ilk dəfə parlament seçkisində qalib gəlib.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Görüşü yarıda qoyub Putinə zəng etdi - Kritik detal