Modern.az

Prestijli universitetlərə keçid ballarında artım gözlənilir - EKSPERT

Prestijli universitetlərə keçid ballarında artım gözlənilir - EKSPERT

Təhsil

8 İyul 2024, 12:52

Bazar günü II və III ixtisas qrupları (o cümlədən I ixtisas qrupu üzrə RK və Rİ altqruplarının hər ikisini seçənlər üçün informatika fənni) üzrə qəbul imtahanları keçirlib. İmtahandan iümumi gözləntilər özünü doğrultdumu?

Mövzu ilə bağlı Modern.az-a danışan təhsil eksperti Rizvan Fikrətoğlu bildirib ki, imtahan suallarının çətinlik səviyyəsi 3-cü ixtisas qrupunda daha çox özünü göstərib:

"Xüsusən də ədəbiyyatda qarışıq tipli suallar diqqət çəkib. Azərbaycan dilindən salınmış sualların çətinliyi yüksək olmasa da, vaxt aparan idi. Abituriyentlər daha çox tarix suallarından razı görünürdülər. Ümumilikdə, II cəhd ilk cəhdə nisbətən azca çətin qiymətləndirilə bilər. 2-ci qrupdakı fənlərin suallarının çətinliyi l cəhddən kəskin fərqlənmirdi. I cəhdin nəticələrinə əsaslansaq, yüksək bal toplayanların sayı kifayət qədərdir. Bu da ona əsas verir ki, prestiji universitetlərdə və ixtisaslarda keçid ballarında az da olsa artım gözlənilə bilər".

 

Rəşid Qarayev

Sizə yeni x var
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi