Modern.az

İspaniya - Fransa matçının hakimləri müəyyənləşdi

İspaniya - Fransa matçının hakimləri müəyyənləşdi

8 İyul 2024, 10:04

Almaniyada təşkil olunan Avropa çempionatının yarımfinalında baş tutacaq İspaniya - Fransa matçının hakimləri müəyyənləşib.

 

Modern.az UEFA-nın mətbuat xidmətinə istinadən xəbər verir ki, qarşılaşmanı sloveniyalı hakimlər briqadası idarə edəcək.

 

Görüşün baş hakimi Slavko Vinçiç olacaq. Ona Tomaj Klançik və Andraj Kovaçiç kömək edəcək. Dördüncü hakim funksiyasını İvan Krujlyak yerinə yetirəcək.

 

VAR hakimi Neyts Kaytazoviç, onun köməkçiləri isə italiyalı Paolo Valeri və Massimiliano İrrati olacaq.

 

Qeyd edək ki, İspaniya - Fransa matçı iyulun 9-da, saat 23:00-da keçiriləcək.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Deputatlar Rusiyaya getməyəcək - Zelenskinin bunkeri vuruldu