Modern.az

Qarabağ Universitetinə mətbuat katibi təyin edildi

Qarabağ Universitetinə mətbuat katibi təyin edildi

Təhsil

8 İyul 2024, 17:20

Qarabağ Universitetinin İctimaiyyətlə əlaqələr şöbəsinə müdir təyin edilib.

Modern.az xəbər verir ki, universitetin rektoru Şahin Bayramovun müvafiq əmrinə əsasən, Aytən Quliyeva İctimaiyyətlə əlaqələr şöbəsinə müdir vəzifəsinə təsdiqlənib.

Aytən Quliyeva əmək fəaliyyətinə 2008-ci ildə Bakı Slavyan Universitetində başlayıb. 2013–2021-ci illərdə Elm və Təhsil Nazirliyində çalışıb.

 2021–2024-cü illərdə Təhsildə Keyfiyyət Təminatı Agentliyində (TKTA) İnformasiya və insan resursları şöbəsinin müdiri vəzifəsində çalışıb.

Aytən Quliyeva TKTA-da işlədiyi dövr ərzində qurumun ictimaiyyətlə əlaqələr və kommunikasiya fəaliyyətinə də məsul olub.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi