Modern.az

Bağçalara qəbul prosesində bu uşaqlara üstünlük veriləcək

Bağçalara qəbul prosesində bu uşaqlara üstünlük veriləcək

9 İyul 2024, 12:08

Məktəbəqədər təhsil müəssisələrinə (uşaq bağçası) qəbul prosesində kimlərin üstünlük hüququna malik olması açıqlanıb.

 

Modern.az-ın məlumatına görə, bu barədə Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin direktor müavini Orxan Abbasov keçirdiyi brifinqdə məlumat verib.

 

Məlumata əsasən, aşağıdakı şəxslərin övladları qəbul prosesində üstünlüyə malikdir:

 

- Şəhid ailələrinin övladları;


- Qarabağ müharibəsi, Vətən müharibəsi iştirakçıları və müharibə ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərin uşaqları;


- tək işləyən valideynlərin uşaqları;


- orqanizmin funksiyalarının 61-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxslərin uşaqları;


- hərbi xidmətdə olan valideynlərin uşaqları;


- təhsilalan anaların uşaqları;


- çoxuşaqlı ailələrdən olan uşaqlar;


- qəyyumluqda olan uşaqlar.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi