Modern.az

Qarabağ Universitetinə kafedra müdirləri axtarılır - VAKANSİYA

Qarabağ Universitetinə kafedra müdirləri axtarılır - VAKANSİYA

9 İyul 2024, 14:12

Qarabağ Universitetində kafedra müdiri vəzifəsi üzrə vakansiyalar elan olunub.

 

Bu barədə Modern.az-a Elm və Ali Təhsil üzrə Dövlət Agentliyindən bildirilib.

 

Qarabağ Universitetinin Mühəndislik, Turizm, İncəsənət, Humanitar və sosial elmlər, Pedaqoji və İqtisadiyyat fakültələrində müvafiq kafedralar üzrə müdir vəzifəsinə vakansiyalar elan edilib.

 

Tələblərə cavab verən namizədlər müraciətlərini mövzu yerinə “_ (istiqamət üzrə) kafedra müdiri” yazmaqla [email protected] elektron poçt ünvanına göndərə bilərlər.

 

Vakansiya üzrə son müraciət tarixi 22 iyul 2024-cü ildir. Namizədlər ətraflı məlumatla elan vasitəsilə tanış ola bilərlər: //t.ly/eLvGq

Whatsapp
Bizə yazın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi