Modern.az

Aydın Bəşirov haqqında yazılanlara reaksiya verdi

Aydın Bəşirov haqqında yazılanlara reaksiya verdi

Təhsil

22 Noyabr 2013, 11:09

Ləğv olunmuş Xəzər Dəniz Gəmiçiliyinin sabiq rəisi Aydın Bəşirovun Bakı Beynəlxalq Hava Limanından geri qaytarıldlğı barədə xəbərlər yayılıb.  Musavat.com-un məlumatına görə, sabiq gəmiçilik rəisi Almaniyaya gedirmiş. Hava limanında saxlanan A.Bəşirov ağır xəstə olduğunu və Almaniyaya müalicəyə getdiyini söyləsə də, onu eşidən olmayıb. A.Bəşirova deyiblər ki, əmr yuxarıdan verilib, dekabrın 22-nə qədər ölkədən çıxmasına qeyri-rəsmi qadağa var.

Buna görə də A.Bəşirov aeroportdan geri qayıtmalı olub. Hava limanında əsəbiləşən A.Bəşirov bir neçə saat sonra Mərkəzi Neftçilər Xəstəxanasına yerləşdirilib. Sabiq rəisin hazırda həmin xəstəxanada müalicə olunduğu bildirilir.  

Modern.az saytının əməkdaşı məsələ ilə bağlı A.Bəşirovun özünün mövqeyini öyrənməyə çalışsa da, bu, mümkün olmayıb. Belə ki, o, əməkdaşımızın sualını dinləyəndən sonra barəsində  yayılan xəbərlər haqda danışmaqdan imtina edərək, telefonu qapadıb.

Cənab Bəşirov başqa vaxtlarda jurnalistlərin suallarını cavabsız qoymurdu.

Qeyd edək ki, bu il oktyabrın 22-də prezident İlham Əliyev Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi və Azərbaycan Dövlət Neft Şirkətinin Xəzər Dəniz Neft Donanmasının ləğv edilməsi və onların əsasında “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin yaradılması haqda sərəncam imzalayıb.

Prezidentin digər sərəncamı ilə Rauf Göyüş oğlu Vəliyev “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin sədri təyin edilib. Bu sərəncam Azərbaycan Xəzər Dəniz Gəmiçiliyinin uzun illər rəisi olan Aydın Bəşirovun tutduğu postun itirilməsinə səbəb olub.

***

Mediada haqqında yazılanların tirajlandığını görən A.Bəşirov sonradan "publika.az" açıqlama verməyə məcbur olub. Sabiq rəis haqqında yayılan məlumatların tamamilə cəfəngiyyat və yalan olduğunu deyib: “Bu məlumatlar heç bir həqiqəti əks etdirmir. Ağıllarına nə gəlir yazırlar. Məlumatlar yalandır”.


İlkin

Telegram
Hadisələri anında izləyin!
Keçid et
ŞOK - Xameneinin iqamətgahı raketlə VURULDU