Modern.az

Füzulidə ədliyyə işçiləri günü qeyd edildi

Füzulidə ədliyyə işçiləri günü qeyd edildi

22 Noyabr 2013, 11:33

Bu gün Horadiz şəhərində Mədəniyyət Sarayında Azərbaycan ədliyyə işçilərinin peşə günü və ədliyyə, məhkəmə orqanlarının 95 illiyi münasibəti ilə tədbir keçirilib. Tədbirdən əvvəl rayon İcra Hakimiyyətinin işçiləri, rayonun hüquq mühafizə orqanlarının rəhbərləri, ictimaiyyət nümayəndələri Heydər Əliyevin  abidəsi önünə gül-çiçək dəstələri qoyublar.

Tədbirdə rayon İcra Hakimiyyətinin başçısının birinci müavini Bağır Aslanov ədliyyə, məhkəmə orqanlarının cəmiyyətdəki yeri və rolundan danışıb.  Qeyd edib ki, görkəmli şəxsiyyət Heydər Əliyevin tarixi reallığı bərpa edən, milli ədliyyənin demokratik və hüquqi cəmiyyətdə statusu məsələsinə dövlət səviyyəsində münasibət bildirən 10 noyabr 2000-ci il tarixli sərəncamı ilə hər il noyabr ayının 22-si ədliyyə işçilərinin peşə bayramı günü kimi qeyd edilir. Bağır Aslanov rayonun ədliyyə işçilərini peşə bayramı günü münasibətilə təbrik edib, onlara işlərində və xidməti fəaliyyətlərində uğurlar arzulayıb.
Rayon məhkəməsinin hakimi Məhəmməd Bağırov geniş məruzə ilə çıxış edib. Bildirib ki, bu gün öz peşə bayramını və yaradılmasının 95-cı ildönümünü qeyd edən ədliyyə, məhkəmə orqanları çətin və mürəkkəb, eyni zamanda, şərəfli bir inkişaf yolu keçərək formalaşıb, hansı şəraitdə fəaliyyət göstərməsindən asılı olmayaraq son nəticədə millətinə və dövlətçilik ideyalarına sədaqətlə qulluq edib, qanunçuluğun möhkəmləndirilməsinə və cinayətkarlığa qarşı mübarizə işində müstəsna xidmətlər göstərib. Tədbirdə çıxış edənlər peşə bayramı münasibətilə rayonun ədliyyə işçilərini və hakimləri təbrik edib, onlara qanunun aliliyinin, ədalət mühakiməsinin təmin olunması kimi şərəfli işlərində müvəffəqiyyətlər arzulayıblar.





Modern.az
     
Whatsapp
Bizə yazın!
Keçid et
ŞOK - Xameneinin iqamətgahı raketlə VURULDU