Modern.az

Qafar Çaxmaqlı: “Onlar Türkiyənin təzminat ödəməsini istəyirlər”

Qafar Çaxmaqlı: “Onlar Türkiyənin təzminat ödəməsini istəyirlər”

Təhsil

22 Noyabr 2013, 12:12

“Məncə, bunlar boş xülyalardır və bu yalanın arxasında gizlənən təxribati hərəkat bir nəticə verməyəcək. Ağlamaqla isə, Sabir demişkən, kişi qeyrətsiz olur... Türkiyə son illərdə bu məsələyə yetərli qədər diqqət ayırdığından ,məncə, ermənilər çox da uğur qazanmayacaqlar”. Bunu Modern.az-a açıqlamasında jurnalist, tədqiqatçı Qafar Çaxmaqlı bildirib.

Qeyd edək ki, ermənilər 2015-ci ildə qondarma erməni soyqrımın 100 illiyinə hazırlaşır. Q. Çaxmaqlının sözlərinə görə, yubileylə bağlı Ermənistanda xüsusi bir komissiya yaradılıb. “Bu komissiyanın sədri isə prezident Serj Sarkisyandır. Üzvləri isə həm Ermənistanda , həm də diaspor nümayəndələridir. Bununla bağlı proqramları da da var. Açıq və gizli olan bu proqramda bəlli məqsədlər güdülür. Məqsəd dəyişməyib. Daha öncələr hansı idisə o da qalır. İndiyəcən “erməni soyqırımı”nı qəbul edən ölkələrin sayı 20-dir. Ola bilsin ki, bir-iki ermənipərəst ölkənin sayı artsın. Hədəf yalnız bu deyil. Əsas məqsəd ondan ibarətdir ki, Türkiyəni bu yalanı qəbul etdirməyə nail olsunlar. Bunun ardından isə ermənilər başqa qarşıya qoyduqları hədəflərə çatmaq istəyirlər. Onlar Türkiyənin Şərqi Anadolu vilayətlərinə iddialıdırlar və Türkiyənin Osmanlı dövlətinin varisi kimi böyük miqdarda təzminat ödəməsini istəyirlər.”

 

Misranə Həsənzadə

 
Whatsapp
Bizə yazın!
Keçid et
TƏCİLİ! - İsr@il şəhərlər və limanları raket atəşinə tutur