Modern.az

İlham Əliyev Pezeşkianı Azərbaycana dəvət edib

İlham Əliyev Pezeşkianı Azərbaycana dəvət edib

10 İyul 2024, 08:00

Xəbər verdiyimiz kimi, ötən gün Azərbaycan Prezidenti İlham Əliyev İran İslam Respublikasının Prezidenti Məsud Pezeşkiana zəng edib.

 

Modern.az-ın məlumatına görə, telefon söhbəti əsnasında Azərbaycan Prezidenti İlham Əliyev İran Prezidenti Məsud Pezeşkianı ölkəmizə səfərə dəvət edib.

 

Dəvəti məmnunluqla qəbul edən İran Prezidenti dövlət başçısına minnətdarlığını bildirib və öz növbəsində, Azərbaycan Prezidentini İran İslam Respublikasına rəsmi səfərə dəvət edib.

 

İlham Əliyev bu dəvəti məmnunluqla qəbul edib.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Müharibədə İLK YAŞANDI - Ərdoğan Putinlə Zelenskini görüşdürəcək