Modern.az

Parlament Hesablama Palatasının yeni sədrini təsdiqlədi

Parlament Hesablama Palatasının yeni sədrini təsdiqlədi

Parlament

22 Noyabr 2013, 12:27


Modern.az
saytının məlumatına görə, Milli Məclisin bugünkü iclasında Hesablama Palatasının sədri təsdiqlənib. Parlament Hesablama Palatası Aparatının Xarici investisiyalı və infrastruktur layihələrinə nəzarət şöbəsinin müdiri Vüqar Gülməmmədova "hə" deyib.

Beləliklə, Vüqar Gülməmmədov Hesablama Palatasının yeni sədri seçilib.

Vüqar Tapdıq oğlu Gülməmmədov 1971-ci il aprel ayının 3-də Bakı şəhərində anadan olub.
1993-cü ildə Azərbaycan Dövlət İqtisad İnstitutunun istehsalın iqtisadiyyatı və idarəedilməsi fakültəsini bitirib.
1992-ci ildə Suraxanı maşınqayırma zavodunda tərcüməçi işləyib.
1993-1997-ci  illərdə Suraxanı rayon Səhiyyə şöbəsində  baş mühasibin müavini, baş mühasib vəzifələrində çalışıb.
1997-2007-ci illərdə Azərbaycan Respublikası Maliyyə Nazirliyinin  Suraxanı rayon Maliyyə şöbəsinin (idarəsinin) müfəttişi, rəis müavini, şöbə müdiri, Səbail rayon Maliyyə idarəsinin rəis  müavini, şöbə rəisi, Binəqədi rayon Maliyyə idarəsinin rəis  müavini, sektor rəisi, Yasamal rayon Maliyyə idarəsinin rəis  müavini, sektor rəisi olub.
2007-ci ildən  Azərbaycan Respublikası Hesablama Palatasının Xarici investisiyalı və infrastruktur layihələrinə nəzarət şöbəsinin müdiri vəzifəsində  işləyir.
Azərbaycan Respublikası Hesablama Palatasının yaradılmasının 10 illiyi ilə əlaqədar və Palatanın fəaliyyətində xüsusi xidmətlərinə görə Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 31 oktyabr tarixli 1809 nömrəli Sərəncamı ilə “Dövlət qulluğunda fərqlənməyə görə” medalı ilə təltif edilib.
Ailəlidir. İki övladı var.

Modern.az

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Putin 110 minlik ordu yığdı: Bu şəhəri tutarsa...