Milli Məclisin bugünkü iclasında dövlət büdcəsi ilə bağlı çıxış edən maliyyə naziri Samir Şərifov siyasi partiyalara ayrılacaq vəsaitin artırılması ilə bağlı səslənən təklifə münasibətini açıqlayıb.
Modern.az-ın məlumatına görə, nazir bildirib ki, bu vəsaiti artırmaq üçün büdcədə hər il artıq qalan vəsaiti büdcəyə keçirilə bilər. Nazir siyasi partiyalar haqqında qanunda nəzərdə tutulmuş vəsaitin artırılması ilə bağlı müzakirə zamanı onu da qeyd edib ki, ilin sonunda büdcənin təqribən 10 faiz istifadə olunmur.
“Hesab edirəm ki, qanuna müvafiq dəyişiklər edilə və 10 faiz qənaət olunan vəsait büdcəyə daxil edilə bilər. Siyasi partiyalar bundan istifadə edəcəklər. Bunun üçün siyasi partiyalar haqqında qanun müvafiq dəyişiklik edilməldir”.
Modern.az