Türkiyənin baş naziri Rəcəb Tayyip Ərdoğan Rusiya prezidenti Vladimir Putinlə görüşüb Modern.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu gün Rusiyanın Sankt-Peterburq şəhərində təkbətək görüşdən öncə bir araya gələn Putin və Ərdoğan jurnalistlərə açıqlamasında iki ölkə arasındakı əlaqələrdən söz açıb. Rusiya dövlət başçısı bildirib ki, Türkiyə ilə əməkdaşlıq əlaqələr dinamik şəkildə inkişaf edir. “Biz bu cür görüşlərlə əlaqələrimizin inkişafına əngəl olmayacağıq”, – deyə V. Putin gülümsəyərək bildirib.
Türkiyə baş naziri də öz növbəsində Rusiya rəhbərinə təşəkkürünü dilə gətirib. “Bizim birgə həyata keçirəcəyimiz addımlar var. Əminəm ki, bu ortaq planlarımızı müzakirə edəcəyik”. Rusiyanın Sankt-Peterburq şəhərində baş tutan görüşün ardından heyətlərarası iclasın keçiriləcəyi gözlənilir. Xatırladaq ki, R. T. Ərdoğanı xarici işlər naziri Əhməd Davudoğlu, enerji və təbii qaynaqlar naziri Taner Yıldız, iqtisadiyyat naziri Zəfər Çağlayan, mədəniyyət və turizm naziri Ömər Çelik müşayiət edir.
Aqşin Kərimov