Modern.az

Eldar Namazov: “Avropada Milli Şuradan da danışılacaq” - AÇIQLAMA

Eldar Namazov: “Avropada Milli Şuradan da danışılacaq” - AÇIQLAMA

22 Noyabr 2013, 13:01

“Bir neçə tədbirə dəvətliyəm. Onların arasında ən mühümü Stasburqda keçirilən Dünya Demokratiya Forumudur. Bu forum Avropa Şurası tərəfindən keçirilir. Bu ilki mövzu “İnternet və demokrastiya”dır. Sosial şəbəkələrin və internetin demokratik dəyişiklərdə rolu və bunun ətrafında maraqlı müzakirələr nəzərdə tutulub”.

Bunu Modern.az-a açıqlamasında Milli Şuranın İcra Aparatının rəhbəri Eldar Namazov deyib. Onun sözlərinə görə, tədbirlərə Avropa Şurasının üzvü olan ölkələrdən çoxlu sayda qonaqlar dəvət alıb: “Mən də həmin tədbirə dəvətliyəm. Avropaya səfər çərçivəsində Fransa Xarici İşlər Nazirliyində görüş keçirmək də planlaşdırılır. Oradan Brüsselə qısamüddətli səfər etməyi də planlaşdırıram. Strasburqda Qarabağ problemi ilə bağlı da vətəndaş nümayəndələrinin müzakirəsini təşkil etmək niyyətindədirlər. Yəni bu, Dünya Demokratiya Forumu keçirilən vaxta təsadüf edir. Təbii ki, ayrı-ayrı tədbirlərdir. Qarabağ məsələsi ilə bağlı müzakirələr olsa, sözsüz ki, tədbirə qatılacağam. Bu tədbir birbaşa olaraq “xalq diplomatiyası”na aid deyil. Belə tədbirlərdə Qarabağ məsələsində Azərbaycanın mövqeyini müdafiə edirik. Bu səfər Avropa turnesidir, bir neçə vacib tədbirlər planlaşdırırıq. Dünya Demokratiya Forumunda iştirak zamanı Avropa Şurasının Parlament Assambelyasının Azərbaycandakı durumla-seçkilərlə, demokratik islahatlarla bağlı görüşlər də planlaşdırılır”.

E. Namazov qeyd edib ki, həm Dünya Demokratiya Forumunda, həm də Avropa strukturları ilə görüşlərdə Azərbaycandakı durumu müzakirə edərkən Milli Şuranın fəaliyyəti ilə bağlı də müzakirələr aparılacaq.

 

İlkin PİRƏLİ

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
TƏCİLİ! - İsr@il şəhərlər və limanları raket atəşinə tutur