Modern.az

“Deputatların büdcə ilə bağlı təklifləri nəzərə alınıb” - NAZIR

“Deputatların büdcə ilə bağlı təklifləri nəzərə alınıb”  - NAZIR

22 Noyabr 2013, 13:04

Modern.az  xəbər verir ki, Milli Məclisin bugünkü iclasında millət vəkilləri tərəfindən yüksək vergi potensialına malik olacaq qeyri neft sahələrinin inkişaf etdirilməsi, vergi borclarının azaldılması, vergidən yayınma hallarının qarşısının alınması, əhalinin maddi rifah halının artırılması, ölkənin müdafiə potensialının daha gücləndirilməsi, elm, təhsil, mədəniyyət və digər sahələr üçün əlavə vəsaitlərin ayrılması və bir çox təkliflər səsləndirilib.
Maliyyə naziri bunu xatırlamaqla bərabər, bildirib ki, gələn ilin dövlət büdcəsi layihəsinin 10 gün müddətinə təkliflərin baxılması üçün hökumətə göndərilməsi zamanı bütün təkliflər nəzərdən keçirilib.

Qeyd edək ki, maliyyə nazirin çıxışından sonra gələn ilin dövlət büdcəsi 2 əleyhinə, 102 lehinə səs çoxluğu ilə qəbul edilib.

Modern.az  

Sizə yeni x var
Keçid et
TƏCİLİ! - İsr@il şəhərlər və limanları raket atəşinə tutur