Modern.az

Siyavuş Novruzov İranı ittiham etdi: “Sərhədçilər Naxçıvanı pis vəziyyətdə qoyur”

Siyavuş Novruzov İranı ittiham etdi: “Sərhədçilər Naxçıvanı pis vəziyyətdə qoyur”

Təhsil

22 Noyabr 2013, 13:06

“İran blokada olan əraziyə yardım etmək əvəzinə problem yaradır. İndidə yüksək tonnaj məsələsini ortaya atıb”. Modern.az xəbər verir ki, bu sözləri millət vəkili Siyavuş Novruzov İranın sərhədləri bağlamasına münasibət bildirərkən deyib.

Millət vəkili qeyd edib ki, İran tərəfindən Naxçıvana gedilən avtomobillərin hərəkəti azaldılıb: “Blokada şəraitində olan Naxçıvanın İranın gündə bir şərt qoyması, sutkalarla camaatı sərhəddə saxlanılır. Qış gəlir, havalar soyuyur. Əhali pis vəziyyətdə qalır. Bu gün Xarici İşlər Nazirliyi İran qarşısında ciddi tələblər qoymalıdır. Bildiyimə görə, bu gün parlamentlərarası dostluq qruplarının görüşü var. İstəyirəm ki, bu görüşdə problemləri müzakirə etsinlər”.

Spiker Oqtay Əsədov YAP-çı deputatın çıxışına münasibət bildirərək qeyd edib ki, sərhədlər açılıb. “Danışıqlar gedir. Yaxın zamanlarda həllini tapacaq”.

 

Modern.az  

Sizə yeni x var
Keçid et
TƏCİLİ! - İsr@il şəhərlər və limanları raket atəşinə tutur