Modern.az

Deputat Ədliyyə Nazirliyinin Qeydiyyat İdarəsini ittiham etdi

Deputat Ədliyyə Nazirliyinin Qeydiyyat İdarəsini ittiham etdi

22 Noyabr 2013, 13:21

Milli Məclisin bugünki iclasında “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reysteri haqqında qanun” layihəsi müzakirəyə çıxarılıb. Modern.az-ın məlumatına görə, deputat Zahid Oruc ölkədə qeydə alınmayan QHT-lərlə bağlı problemi gündəmə gətirib. Millət vəkili Ədliyyə Nazirliyinin Qeydiyyat İdarəsi ilə bağlı narazılığını ifadə edib və bildirib ki, bu idarənin hansı prinsiplər əsasında işlədiyi aydın deyil.

  “Hüquqi şəxslərin qeydiyyatı hansı statusda işləyir? Dövlət qeydiyyatı ilə bağlı məsələlərdə hansı prinsiplərlə işlədiyi aydın deyil”- deyən Z.Oruc qeyd edib ki, Ermənistan və Gürcüstandan fərqli olaraq Azərbaycanda vətəndaş cəmiyyəti sektoru xeyli geri qalır.  

O bildirib ki, məsələ ilə bağlı Ədliyyə Nazirliyinin müvafiq şəxsləri parlamentə dəvət olunmalıdırlar. Onun sözlərinə görə, nazirlik rəsmiləri bu total nəzarətin nə ilə bağlı olduğunu açıqlamalıdırlar.  

Modern.az  
Sizə yeni x var
Keçid et
TƏCİLİ! - İsr@il şəhərlər və limanları raket atəşinə tutur