Modern.az

Oqtay Əsədov Zahid Oruca irad tutdu: “Xoşunuz gəlir hər məsələni qurdalamaqdan?!”

Oqtay Əsədov Zahid Oruca irad tutdu: “Xoşunuz gəlir hər məsələni qurdalamaqdan?!”

22 Noyabr 2013, 14:01


Modern.az
xəbər verir ki, Milli Məclisin bugünkü iclasında deputat Zahid Oruc Gürcüstanla müzakirə olunan David Qareci kilsəsi ilə bağlı məsələnin həll olunmamasından narazılıq edib.

“Məsələ həllini tapa bilmir. Bu mənada Gürcüstan yeni hökuməti məsələyə baxmalıdır. Dəfələrlə müzakirə olsa da, status razılaşdırılmayıb. Gürcüstan strateji müttəfiqdir. Məsələ mütləq həll olunmalıdır”.

Spiker Oqtay Əsədov Zahid Orucun çıxışından narazılıq edib. “Özün Gürcüstanla dostluq qrupunun üzvüsən. Bunu gərək elə burda müzakirə edəsən? Xoşunuz gəlir hər məsələni qurdalamaqdan?!”

 

Modern.az 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
TƏCİLİ! Türkiyə Ermənistanla sərhədi aça bilər - Kritik açıqlama