Modern.az

Həlak olan hərbçimiz Vətən müharibəsi iştirakçısı imiş...

Həlak olan hərbçimiz Vətən müharibəsi iştirakçısı imiş...

10 İyul 2024, 19:36

Xəbər verdiyimiz kimi, Azərbaycan Ordusunun zabiti Məhərrəmov Seydullah Sadiq oğlu bədbəxt hadisə nəticəsində həlak olub.

 

Modern.az-ın məlumatına görə, hərbçimiz Vətən müharibəsində iştirak edib.

 

O, Cəbrayıl, Füzuli və Şuşa şəhərinin işğaldan azad edilməsi uğrunda gedən döyüşlərdə şücaət göstərib.

 

Prezident İlham Əliyevin müvafiq sərəncamları ilə "Şuşanın azad edilməsinə görə", "Füzulinin azad edilməsinə görə", "Cəbrayılın azad edilməsinə görə" medalları ilə təltif olunub.

Whatsapp
Bizə yazın!
Keçid et
XƏBƏRDARLIQ: Hər an dəhşətli proses başlaya bilər