Modern.az

Ordubadda "UAZ" yandı

Ordubadda

Hadisə

10 İyul 2024, 23:31

Naxçıvan Muxtar Respublikasının Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Ordubad rayonunda "UAZ" markalı avtomobildə yanğın baş verməsi barədə məlumat daxil olub.

 

Modern.az xəbər verir ki, bu barədə Nazirliyin mətbuat xidmətindən məlumat verilib.

 

Bildirilib ki, dərhal Ordubad rayon Dövlət Yanğından Mühafizə Hissəsinin qüvvələri hadisə yerinə cəlb olunub. Yanğınsöndürənlərin müdaxiləsi sayəsində yanğının qarşısı alınaraq qısa müddətdə söndürülüb.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
İsrail İranın nüvə reaktoruna ZƏRBƏLƏR ENDİRİB