Modern.az

Jurnalist Dilbər Axundzadə vəfat etdi

Jurnalist Dilbər Axundzadə vəfat etdi

10 İyul 2024, 23:57

Jurnalist Dilbər Axundzadə vəfat edib.

 

Modern.az xəbər verir ki, bu barədə Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi məlumat yayıb.

 

Agentliyin rəhbərliyi və kollektivi tanınmış jurnalist Dilbər Axundzadənin vəfatından kədərləndiyini bildirir, mərhumun ailəsinə dərin hüznlə başsağlığı verir.

 

Qeyd edək ki, Dilbər Axundzadə Zaqatala şəhərində anadan olub. 50 ildən çox jurnalistika sahəsində çalışıb. Uzun müddət “Exo” qəzetində işləyib.

 

Allah rəhmət eləsin!

Sizə yeni x var
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi