Modern.az

Ziya Məmmədov 2015-də dayanacaqlarda pulsuz internet vəd edir

Ziya Məmmədov 2015-də dayanacaqlarda pulsuz internet vəd edir

22 Noyabr 2013, 15:14

“Avropa Olimpiya Oyunları ilə əlaqədar paytaxta 1200 avtobus və 5 minə yaxın “London taksisi” gətiriləcək”. Bunu Modern.az-a Nəqliyyat Nazirliyi Katibliyinin rəisi Namiq Həsənov deyib.

“İnsanlar avtobus gözləyərkən boş dayanmayacaqlar. Dayanacaqlarda planşet, mobil telefon vasitəsiylə intenet xidmətindən istifadə edəcək, sistemin pulsuz olmasından yararlana biləcək. O ki qaldı  avtobus dayanacqlarında Wi-Fi şəbəkəsinini qurşdırılmasına, bu 2014-cü ilin birinci rübündən həyata keçriləcək. 2015-ci ildə paytaxtda keçiriləcək Avropa Olimpiya Oyunlarına qədərsə, bütün dayanacaqlar bu şəbəkə ilə əhatə olunacaq. Hazırda bu layihə üzərində işləyirik”, - deyə N. Həsənov qeyd edib.

Gülşən Raufqızı

Telegram
Hadisələri anında izləyin!
Keçid et
TƏCİLİ! - İsr@il şəhərlər və limanları raket atəşinə tutur