Modern.az

Hərbçilərimiz Qazaxıstanda döyüş tapşırıqlarını icra ediblər - FOTO

Hərbçilərimiz Qazaxıstanda döyüş tapşırıqlarını icra ediblər - FOTO

11 İyul 2024, 10:44

Qazaxıstanın Aktau şəhərində "Birləşdik - 2024" beynəlxalq əməliyyat-taktiki komanda-qərargah təliminin hazırlıq mərhələsində növbəti tapşırıqlar uğurla icra edilib.

 

Bu barədə Modern.az-a Azərbaycan Müdafiə nazirliyindən məlumat verilib.

 

Bildirilib ki, hazırlıq mərhələsinin növbəti günündə Azərbaycan hərbçiləri ştat silahlarının normal döyüş vəziyyətinə gətirilməsi üzrə tədbirləri yerinə yetiriblər.

 

Qeyd edək ki, təlimdə əsas diqqət iştirakçı-ölkələrin hərbi qulluqçularının birgə fəaliyyətinin təşkili, onların peşəkarlıq və hazırlıq səviyyəsinin daha da təkmilləşdirilməsinə yönəldilib.

Sizə yeni x var
Keçid et
XƏBƏRDARLIQ: Hər an dəhşətli proses başlaya bilər