Modern.az

Azərbaycanda iki vəkilin fəaliyyəti dayandırıldı

Azərbaycanda iki vəkilin fəaliyyəti dayandırıldı

11 İyul 2024, 11:04

Azərbaycan Respublikasının Vəkillər Kollegiyası (ARVK) Rəyasət Heyətinin növbəti iclası keçirilib.

 

Modern.az xəbər verir ki, iclasda Vəkillərin İntizam Komissiyasının rəylərinə baxılıb və Rəyasət Heyəti tərəfindən yol verdikləri intizam pozuntularına görə 3 vəkilin fəaliyyəti müəyyən müddətə dayandırılıb.

 

Eyni zamanda, 2 vəkilə töhmət verilməsi barədə intizam tənbehləri tətbiq edilib, 4 vəkilə xəbərdarlıq olunub, 2 vəkilin fəaliyyəti isə dayandırılmaqla ARVK üzvlüyündən xaric olunması üçün məhkəməyə müraciət edilməsi ilə bağlı qərarlar qəbul edilib.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
XƏBƏRDARLIQ: Hər an dəhşətli proses başlaya bilər