Modern.az

Yay xəstəlikləri yayılır - İnfeksionistdən vacib TÖVSİYƏ

Yay xəstəlikləri yayılır - İnfeksionistdən vacib TÖVSİYƏ

11 İyul 2024, 15:40

Yay aylarında insanlar kütləvi şəkildə dəniz və digər ümumi istirahət mərkəzlərinə üz tuturlar. Bu kimi məkanlarda nələrə diqqət edilməlidir? Mövsümlə əlaqədar ən çox hansı xəstəliklərə rast gəlinir?


Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, infeksionist Təyyar Eyvazov Modern.az-a bildirib ki, yay aylarında əsasən müxtəlif səbəbli bakterial, virus mənşəli mədə-bağırsaq infeksiyalarına rast gəlinir:


“Daha çox bağırsaq çöplərinin və rotavirusların törətdiyi ümumi halsızlıq, hərarətin yüksəlməsi, ürəkbulanma və qusma, ishal, qarında sancı şəkilli ağrıların olması ilə özünü büruzə verən xəstəliklər yayılır. Bu xəstəliklər əsasən 5 yaşındadək uşaqlar üçün təhlükəlidir. Belə əlamətlər olarsa, dərhal həkimə müraciət edilməlidir”.


Müsahibimizin sözləringə görə, belə infeksiyalara tutulmamaq üçün yalnız icazə verilən çimərliklərdə istirahət etmək, qida qəbulundan öncə əlləri yumaq, meyvə-tərəvəz və s. ərzağı dəniz suyunda yumamaq, dənizdən çıxdıqdan sonra duş qəbul etmək, çimərkən dəniz suyunun ağıza dolmamasına çalışmaq, müxtəlif xəstəlik əlamətləri olan digər insanlarla birgə istirahət etməmək tövsiyə olunur:
 

“Nəm qumda göbələklər ola billdiyindən istirahət zamanı qum hissəciklərinin gözlərə və ağıza düşməməsinə çalışmaq lazımdır”.
 

Rəşid Qarayev

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
XƏBƏRDARLIQ: Hər an dəhşətli proses başlaya bilər