Modern.az

Fuad Muradov: “Su anbarlarının mühafizəsi ilə bağlı ciddi işlər aparılmalıdır”

Fuad Muradov: “Su anbarlarının mühafizəsi ilə bağlı ciddi işlər aparılmalıdır”

22 Noyabr 2013, 16:11


“Ölkədə su anbarlarının mühafizəsi ilə bağlı ciddi işlər aparılmalıdır. Su anbarlarının mütəmadi olaraq çirkləndirilməsi böyük təhlükələr yaradır”.

Bu sözləri deputat, parlamentin təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin üzvü Fuad Muradov Milli Məclisin iclasında müzakirə olunan “Sərhəddən keçən su axınlarının və beynəlxalq göllərin mühafizəsi və istifadəsi üzrə Konvensiya” düzəlişlərin təsdiq edilməsi ilə bağlı müzakirəsi zamanı bildirib.

Bununla bağlı Ekologiya və Təbii Sərvətlər Nazirliyinə iradlarının olduğunu  bildirən F. Muradov vurğulayıb ki, su anbarlarının mühafizəsinə ciddi yanaşılmalıdır.  “Bir neçə il əvvəl su anbarlarının açılaması ilə bağlı böyük təhlükə yarandı. Ona görə istərdim ki, bu məsələ gündəmdə olsun. Bu gün su mənbələri və mühafiəzsi dünyanın ən ciddi məsələsidir”- deyə deputat vurğulayıb.

F. Muradov bildirib ki, Ermənistan su mənbələrinin çirklənmədən  qorumaqla  bağlı  üzərinə beynəlxaq öhdəlikləri mütəmadi olaraq pozur.

 “Çox istərdim ki, müvafiq dövlət qurumları buna ciddi yanaşsınlar və burda öz mövqelərini bildirsinlər. Bizim əlimizdə hüquqi faktlar da, beynəlxaq qanunlara istinad da var”.

Deputat İranın Araz çayının çirkləndirməsi və suyun buraxılmasında yaratdığı problemlərlə  ilə bağlı səslənən çıxışları dəstəkləyərək bildirib ki, məsələ də ciddi məsələdir. “Problemin həlli istiqamətində addımlar  atılır. Bizim sərhəddəki su ehtiyatalrımızla  bağlı diqqətli olmağımız çox vacibdir. Tarixdə böyük müharibələr suya görə baş verib”.

Modern.az

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
TƏCİLİ! - İsr@il şəhərlər və limanları raket atəşinə tutur