Modern.az

Millimiz Avropa çempionatının yarımfinalında

Millimiz Avropa çempionatının yarımfinalında

11 İyul 2024, 18:20

Azərbaycanın 16 yaşadək oğlanlardan ibarət basketbol yığması Avropa çempionatında növbəti oyununu keçirib.

 

Modern.az xəbər verir ki, C divizionunda mübarizə aparan milli komanda A qrupunun sonuncu matçında Malta ilə üz-üzə gəlib. Albaniyada baş tutan görüş komandamızın 56:50 hesablı qələbəsi ilə yekunlaşıb.

 

Daha əvvəl Albaniyaya məğlub olub, Moldovaya qalib gələn Tahir Baxşıyevin yetirmələri yekunda 1/2 finala vəsiqə qazanıblar.

 

Qeyd edək ki, 16 yaşadək qızlardan ibarət Azərbaycan millisi də qrupu məğlubiyyətsiz başa vuraraq yarımfinala yüksəlib.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Xankəndidə Zirvə görüşü - CANLI