Modern.az

“Transneft”in bəyanatında təəccüblü bir məqam yoxdur” - Ekspert

“Transneft”in bəyanatında təəccüblü bir məqam yoxdur” - Ekspert

22 Noyabr 2013, 17:22


““Transneft” tarifləri 2 dəfədən çox qaldırmaqla bağlı Azərbaycan tərəfinə hələ yayda öz təkliflərini vermişdi. Bu da SOCAR-ı qane etmir. Ona görə də “Transneft” təmsilçisi Dyominin açıqlamasında heç bir təəccüblü bir məqam yoxdur”. Bunu Modern.az-a açıqlamasında Neft Araşdırmaları Mərkəzinin rəhbəri, ekspert İlham Şaban deyib. O, “Transneft” şirkətinin nümayəndəsi İqor Dyominin Azərbaycanla sərhəddə Bakı-Novorossiysk boru kəmərinin bir hissəsi olan Şirvanovka-Mahaçqala neft kəmərinin konservasiyasına başlayacağı barədə açıqlamasına münasibət bildrirərkən qeyd edib ki, ARDNŞ (SOCAR) öz neftini emal müəssisələrinə yönəldəcək. “Bunun həcmi o qədər də böyük deyil, çünki "şimal" istiqamətində ixrac edilən neftin əsas hissəsi Azərbaycanın quru yataqlarında işləyən əməliyyat şirkətlərinin payına düşürdü”.

Ekspert bildirib ki, bundan sonra onların nefti ARDNŞ-in Gürcüstandakı Kulevi terminalına yönəldilə bilər. Mərkəz rəhbəri hesab edir ki, bunun nəticəsində həm dəmiryolçular, həm də SOCAR əlavə qazanc götürə bilər. İ. Şaban neft sahibi olan şirkətlərin də prosesdə maraqlı olacaqlarını istisna etməyib.

“Çünki Rusiya üzərindən ixrac zamanı onların nefti daha çox kükürd qarışığı olan Qərbi Sibir nefti ilə qarışdığından xammal daha ucuz satılırdı. İndi isə daha baha neft satmaqla neftin dəmir yolu ilə daşınması xərclərini kompensasiya etmək imkanı qazanarlar”.
İ. Şaban bildirib ki, cari ilin 10 ayında Azərbaycan sözügedən kəmərlə 1,5 mln ton neft ixrac edib.

“Çox güman ki, ilin sonuna kimi 1,8 mln. tona qədər neft ixracı olacaq. Ötən il bu rəqəm 1,9 milyon ton idi. Bundan əvvəlki il isə 2 milyon tondan bir qədər çox. Azərbaycan neftin 1 tonunu nəql etmək üçün “Trasneft” şirkətinə 15.67 dollar ödəyirdi. Biz Rusiyaya neft satmamışıq. Novorossiysk limanından xarici şirkətlərə neft satışı həyata keçirmişik, o da hər partiya üçün bazardakı qiymətlərə görə daim dəyişir, yəni stabil qiymət heç zaman olmur”.

Aqşin Kərimov

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
TƏCİLİ! - İsr@il şəhərlər və limanları raket atəşinə tutur