Modern.az

Tovuzda 51 sahibkara 714 min manat kredit verildi

Tovuzda 51 sahibkara 714 min manat kredit verildi

22 Noyabr 2013, 21:23

Sahibkarlığa Kömək Milli Fondu “Sahibkarlığın inkişafına dövlət dəstəyi” mövzusunda Tovuz rayonunun Qovlar şəhərində 51 sahibkara 714,2 min manat güzəştli kredit verilib. Fonddan Modern.az-a verilən məlumata görə, bu kreditlər hesabına maliyyələşdirilən layihələrin həyata keçirilməsi 80-dən çox iş yerinin yaradılmasına imkan verir.

Tədbir çərçivəsində Tovuz rayonunda prioritet hesab olunan müasir çörək zavodunun, kiçik həcmli çörək istehsalı müəssisəsinin, kiçik və ya orta həcmli üzümçülük, kartofçuluq və cins heyvandarlıq təsərrüfatlarının yaradılması üzrə hazırlanmış nümunəvi investisiya layihələri və metodiki materiallar sahibkarlara təqdim olunub.

Tədbirdə çıxış edən Tovuz rayon İcra Hakimiyyətinin başçısı Tofiq Zeynalov, Nazirliyin Sahibkarlığın inkişafı siyasəti şöbəsinin müdir müavini Elçin İbrahimov, Gəncə-Qazax regional bölməsinin müdir müavini Orxan İbrahimov Tovuzda görülən işlər, dövlət proqramlarında rayon üzrə nəzərdə tutulmuş tədbirlər və onların icra vəziyyəti , o cümlədən rayonun iqtisadi potensialından daha səmərəli istifadə edilməsi məqsədilə gələcəkdə həyata keçiriləcək tədbirlər barədə məlumat veriblər.

SKMF-nin icraçı direktoru Şirzad Abdullayev bu ilin ötən dövrü ərzində Fondun vəsaitləri hesabına sahibkarlıq subyektlərinin 4023 investisiya layihəsinin maliyyələşdirilməsinə 265,3 milyon manat güzəştli kredit verildiyini bildirib, bu layihələrin reallaşmasının 11 mindən çox yeni iş yerinin yaradılmasına imkan verdiyini qeyd edib.

Tədbir çərçivəsində Tovuzda dövlətin güzəştli krediti ayrılmış soyuducu anbar kompleksinin fəaliyyətinə və üzümçülük təsərrüfatına baxış keçirilib.

Modern.az

Telegram
Hadisələri anında izləyin!
Keçid et
TƏCİLİ! - İsr@il şəhərlər və limanları raket atəşinə tutur