Modern.az

Avtomobilini traktor səsi çıxarmağa məcbur edənlər 500 manat cərimə olunacaq

Avtomobilini traktor səsi çıxarmağa məcbur edənlər 500 manat cərimə olunacaq

22 Noyabr 2013, 22:17

Azərbaycanda sürücülər üçün yeni cəza tətbiq olunacaq.

Bununla bağlı Milli Məclis İnzibati Xətalar Məcəlləsinin 155-ci (Nəqliyyat vasitələrinin sürücüləri tərəfindən nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması) maddəsinə əlavələr edəcək. Yeni əlavələrə əsasən, mühərrikin səs gücünün artırılması məqsədi ilə nəqliyyat vasitəsinin işlənmiş qazları xaric etmə sisteminə normativ tələblər pozulmaqla avadanlığın quraşdırılmasına və ya dəyişdirilməsinə görə sürücülər 500 manat miqdarında cərimə ediləcək.

Həmin xəta il ərzində inzibati tənbeh almış şəxs tərəfindən təkrar törədildikdə 1000 manat cərimə tətbiq olunacaq.

Layihə Milli Məclisə Azərbaycan prezidenti İlham Əliyevin imzası ilə daxil olub.

Modern.az

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
TƏCİLİ! - İsr@il şəhərlər və limanları raket atəşinə tutur