Modern.az

İranın nüvə proqramı ilə bağlı danışıqlar nəticə vermir

İranın nüvə proqramı ilə bağlı danışıqlar nəticə vermir

22 Noyabr 2013, 23:58

“İTAR-TASS”-ın məlumatına görə, noyabrın 22-də Avropa Birliyinin ali komissarı Ketrin Eştonla İranın xarici işlər naziri Məhəmmədcavad zərif arasında Tehranın nüvə proqramı üzrə “altılıq”la İran arasında keçirilən danışıqlar çərçivəsində məşvərət xarakterli ikitərəfli formatda görüş olub.

Məhəmmədcavad Zərif tərəflər arasında bir neçə məsələ haqda müzakirələr getdiyini bildirib: “Bu məsələ 5+1 qrupunun (Rusiya, ABŞ, Çin, Britaniya, Fransa  və Almaniya) danışıqlara nə qədər ciddi yanaşmasından asılıdır. Biz bildiririk ki, uranın zənginləşdirilməsi ilə bağlı fəaliyyətin dayandırılması haqda söhbət gedə bilməz. Bu sahədəki fəaliyyətimizi öz torpağımızda davam etdirəcəyik. Qərbdən də istəyirik ki, bizim bu hüququmuza hörmətlə yanaşsın. İranın uranı zənginləşdirməsi ilə bağlı hüququ tanınmadan problemin həllinə heç bir yol tapılmayacaq.

Daha doğrusu, nə qədər ki, bütün məsələlər barədə razılığa gəlməsək, bu o deməkdir ki, biz heç bir şey haqqında razılıq əldə etməmişik. Hazırda öz həllini tapmayan üç-dörd məsələ barədə müzakirələr davam etdirir.

Modern.az

 

Sizə yeni x var
Keçid et
TƏCİLİ! - İsr@il şəhərlər və limanları raket atəşinə tutur